Avropa əhalisi 53 milyon azalacaq
Avropanın əhalisi 2100-cü ilə qədər 11,7% (53 milyon nəfər) azalacaq.
AZpress.AZ xəbər verir ki, bu barədə Avrostat məlumat yayıb.
Avrostata görə, əhalinin 2029-cu ildə (453 milyon) pik həddə çatacağı, ardınca isə əsrin sonuna qədər 400 milyondan az olacağı gözlənilir.
Agentlik qeyd edib ki, nəticələrə yalnız mümkün demoqrafik inkişaf kimi baxılmalıdır.


