Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Real Madrid" Arbeloanın yerinə Deşam və Poçettinonu seçməyi düşünür

"Real Madrid" Alvaro Arbeloanın yerinə yeni baş məşqçi axtarır.

Madrid klubu dörd namizədi nəzərdən keçirir.

Yurgen Klopp klub rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, lakin iki tərəf arasında heç bir əlaqə olmayıb. "Real Madrid" prezidenti Florentino Peres Zinəddin Zidanı dəyərləndirir, lakin onun Fransa milli komandasını çalışdıracağı gözlənilir.

"Real Madrid" həmçinin 2026-cı il Dünya Kubokundan sonra Fransa millisindən ayrılacaq Didye Deşamı və ABŞ milli komandasını çalışdıran Maurisio Poçettinonu da nəzərdən keçirir.

15 apreldə "Real Madrid" Çempionlar Liqasının dörddəbir finalının ikinci oyununda "Bayern Münhen"ə 4-3 hesabı ilə uduzdu və yarışdan kənarlaşdırıldı.

Best coffeeshop in Berlin