Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“AzerGold” QSC-də fövqəladə hallarda davranış qaydalarına dair tədbir keçirilib +FOTO=7

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə hadisələr zamanı davranış qaydaları və xilasetmə işləri” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib. 
Tədbirin keçirilməsində əsas məqsəd əməkdaşların fövqəladə hallara hazırlığın artırılması, bədbəxt hadisələrin qarşısının alınması və kollektivin təhlükəsizlik qaydaları barədə məlumatlandırılmasıdır.
Təlim zamanı FHN-in mütəxəssisləri tərəfindən zəlzələ anında təhlükəsiz davranış qaydaları, dəm qazından qorunma üsulları və yanğından mühafizə kimi vacib mövzular ətrafında geniş çıxışlar edilib. 
Tədbirdə xilasedicilərin istifadə etdiyi müxtəlif növ fərdi mühafizə vasitələri əməkdaşlara nümayiş etdirilib, həmçinin onlardan ekstremal şəraitdə istifadə qaydaları barədə əyani məlumat verilib. Eyni zamanda, iştirakçılara ilkin xilasetmə vərdişləri və zərərçəkmişlərə kömək göstərilməsi yolları izah olunub.
İnteraktiv formatda davam edən tədbirdə FHN əməkdaşları tərəfindən işçiləri maraqlandıran suallar cavablandırılıb. 
Tədbirin praktiki hissəsində isə şərti yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıblar. Şərti yanğın baş vermiş binada insanların təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülməsi həyata keçirilib, təlim planına uyğun olaraq binada qalmış əməkdaşlar xilas edilib.
Qeyd edək ki, “AzerGold” QSC əməyin mühafizəsi və təhlükəsizlik texnikası standartlarına uyğun olaraq, işçi heyətinin maarifləndirilməsi istiqamətində bu növ tədbirlərin mütəmadi keçirilməsini təmin edir.

* * *

* * *

RU:

В ЗАО «AzerGold» прошло мероприятие по правилам безопасности в чрезвычайных ситуациях

В Закрытом Акционерном Обществе (ЗАО) «AzerGold» при участии сотрудников Бакинского регионального центра Министерства по чрезвычайным ситуациям (МЧС) было организовано просветительское мероприятие на тему «Правила поведения при чрезвычайных ситуациях и спасательные работы». Основная цель проведения мероприятия — повышение уровня готовности сотрудников к чрезвычайным ситуациям, предотвращение несчастных случаев и информирование коллектива о правилах безопасности.
В ходе тренинга специалисты МЧС выступили с подробными докладами по таким важным темам, как правила безопасного поведения при землетрясении, способы защиты от угарного газа и противопожарная защита. Сотрудникам были продемонстрированы различные виды средств индивидуальной защиты, используемых спасателями, включая защитные костюмы и противогазы, а также предоставлена наглядная информация о правилах их использования в экстремальных условиях. Вместе с тем участникам были разъяснены первичные навыки спасения и способы оказания помощи пострадавшим.
Мероприятие продолжилось в интерактивном формате, в ходе которого сотрудники МЧС ответили на интересующие работников вопросы. В практической части мероприятия после подачи сигнала тревоги при условном пожаре пожарные МЧС прибыли на место происшествия в установленное инструкцией время. Была проведена эвакуация людей из здания, где произошел условный пожар, в соответствии с планом эвакуации, а сотрудники, оставшиеся в здании согласно плану учений, были спасены.
Отметим, что ЗАО «AzerGold» в соответствии со стандартами охраны труда и техники безопасности обеспечивает регулярное проведение подобных мероприятий в целях просвещения персонала.

* * *

* * *

ENG:

"AzerGold" CJSC holds an awareness event on emergency rules of conduct

"AzerGold" Closed Joint-Stock Company (CJSC) organized an awareness event titled "Rules of Conduct during emergencies and rescue operations" with the participation of experts from the Baku Regional Center of the Ministry of Emergency Situations (MES). The primary objective of the event was to enhance emergency preparedness among employees, prevent potential accidents, and ensure the staff is about the rules of behavior during emergencies.
During the training, MES specialists delivered comprehensive presentations on vital topics, including safe behavior during earthquakes, protection methods against carbon monoxide, and fire safety protocols. Employees were shown various types of personal protective equipment used by rescuers, such as protective suits and gas masks, and received practical instructions on their application in extreme conditions. Additionally, participants were taught basic rescue skills and methods for providing assistance to victims.
The event, which continued in an interactive format, included a Q&A session where MES staff addressed employees' inquiries. The practical phase of the event involved a simulated fire drill; upon the alarm signal, MES firefighting teams arrived at the scene within the designated timeframe. Following the evacuation plan, personnel were safely moved from the building where the simulated fire occurred, and employees remaining in the building were successfully rescued in accordance with the training plan.
It should be noted that, in line with occupational health and safety standards, "AzerGold" CJSC ensures the regular organization of such educational initiatives to maintain high safety awareness among its workforces.

Best coffeeshop in Berlin