Türkiyədə məktəbə hücumla bağlı 16 şübhəli saxlanılıb
Türkiyənin Şanlıurfa əyalətində Siverek rayonundakı məktəbə silahlı hücumla əlaqədar on altı şübhəli saxlanılıb.
Hadisə 14 aprel 2026-cı ildə Ahmet Koyuncu Anadolu Peşə Liseyində baş verib.
Türkiyənin Təhlükəsizlik Baş İdarəsi hadisə ilə bağlı 16 nəfərin saxlanıldığını bildirib. Şübhəlilərin məhkəməsinin davam etdiyi bildirilir.
Xatırladaq ki, silahlı hadisədə əksəriyyəti məktəb şagirdləri olan 16 nəfər yaralanıb.


