Avropa Liqasının 1/4 finalının cavab oyunları keçiriləcək
UEFA Avropa Liqasının dörddəbir finalının cavab oyunları 16 aprel axşamı keçiriləcək.
UEFA Avropa Liqasının mətbuat xidmətinin məlumatına görə, günün ilk oyunu İspaniya təmsilçisi "Selta Viqo" ilə Almaniya təmsilçisi "Frayburq" arasında keçiriləcək.
Bu mərhələdəki digər oyunlar: "Aston Villa" - "Bolonya", "Nottinqem Forest" - "Porto" və "Real Betis" - "Braqa".
Avropa Liqasının dörddəbir finalının cavab oyunlarının cədvəli (16 aprel):
1. 20:45 "Selta Viqo" - "Frayburq" (ilk oyun: 0-3)
2. 23:00 "Aston Villa" - "Bolonya" (ilk oyun: 3-1)
3. 23:00 "Real Betis" - "Braqa" (ilk oyun: 1-1)
4. 23:00 "Nottinqem Forest" - "Porto" (ilk oyun: 1-1)


