Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Finalda "Xilasedici" ilə "ORDU" qarşılaşacaq 

Kişi voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələnin cavab oyunları keçirilib. Qeyd edək ki, aprelin 7-də keçirilən ilk oyunlarda olduğu kimi, FHN-in idman zalında baş tutan bu oyunlarda da  "Xilasedici" ilə "ORDU" klubu qalıb gələrək adlarını finala yazdırıblar. 

Oyunların nəticəsi belə olub:

"Xilasedici" - "Murov Az Terminal" - 3:0 (25:19, 25:19, 25:22);

"Neftçi" - "ORDU" - 2:3 (25:22,24:26, 25:23, 26:28, 14:16).

Aprelin 7-də baş tutan oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:

"Murov Az Terminal" - "Xilasedici" - 0:3 (20:25, 18:25, 18:25);

"ORDU" - "Neftçi" - 3:0 (25:12, 25:14, 25:16).

Beləliklə, çempionatın finalında "Xilasedici" ilə "ORDU" klubu, üçüncü yer uğrunda isə "Neftçi" ilə "Murov Az Terminal" üzləşəcək. 

Oyunlar aprelin 18-də Bakı Voleybol Mərkəzində keçiriləcək. Saat 13:00-da üçüncü yer uğrunda, saat 16:00-da isə final oyunu başlayacaq.

Aprelin 19-da isə eyni məkanda qadınlar arasında üçüncü yer uğrunda (saat 13:00-da) "Milli Aviasiya Akademiyası" - "Gəncə" oyunu, 16:00-da isə 'Turan"la 'DH Volley" arasında həlledici final matçı keçirəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin