Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Aydın Süleymanlı AÇ-yə liderlik edir 

Polşanın Katovitse şəhərində kişi şahmatçılar arasında keçirilən və Dünya Kubokuna seçmə xarakteri daşıyan şəxsi Avropa çempionatı davam edir. Azərbaycanin 14 şahmatçı ilə qatıldığı və İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan çempionatda dünən 7-ci tura yekun vurulub. Hesabat turu Azərbaycan təmsilçilərindən Aydın Süleymanlı üçün daha uğurlu olub. Belə ki, belçikalı şahmatçı Daniel Darohani məğlub edən şahmatçımız aktivindəki xalların sayını 6-ya çatdırmaqla birinci pilləyə yüksəlib. Onunla eyni xal ehtiyatına malik olan daha üç şahmatçı isə 2-4-cu yerləri bölüşür. Hesabat turunu qələbə ilə başa vuran daha bir şahmatçımız - Nicat Abbasov isə 5,5 xalla 10-cu pilləyə yüksəlib. Digər təmsilçilərimizə gəlincə, hərəyə 5 xal toplayan Məhəmməd Muradlı, Şiroqlan Talıbov, Şahin Vəliyev və Süleyman Süleymanlı isə müvafiq olaraq, 38-ci, 50-ci, 53-cu və 56-ci yerləri bölüşür. 

11 turdan ibarət olan çempionata aprelin 19-da yekun vurulacaq. Çempionatda 43 ölkədən 502 zəka sahibi iştirak edir.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin