Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Misir Ərəb Respublikası beynəlxalq təhsil sərgisində təmsil olunub (FOTO=44)

Aprelin 12-də Bakı şəhərində GLC (“Global Learning Center”) tərəfindən təşkil olunan beynəlxalq təhsil sərgisi keçirildi.

AZpress.AZ xəbər verir ki, sərgidə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi də iştirak edib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən bir çox universitet nümayəndələri iştirak edirdi. Sərgidə Misir pavilyonu çoxlu tələbə və valideynlərin diqqətini cəlb etdi. Onlar Misir universitetləri, müxtəlif fakültə və ixtisaslar, həmçinin “Study in Egypt” (“Misirdə oxu”) platforması vasitəsi ilə qeydiyyat qaydaları haqqında məlumat almaq üçün pavilyona baş çəkiblər.

Sərgi zamanı Misirin Azərbaycandakı mədəniyyət attaşesi Prof.Dr.Tarek Aboul Fotouh ziyarətçilərə Misir universitetləri, ixtisaslar və hər bir sahə üzrə qeydiyyat qaydaları barədə ətraflı məlumat verdi. Ziyarətçilər Misir universitetlərində təhsil almağa böyük maraq üçün böyük maraq göstərirdi. Onların bir çoxu sərgidən sonra birbaşa mədəniyyət mərkəzinə müraciət edərək platformada qeydiyyat və sənədlərinin qəbul mərhələsinə qədər izlənməsi ilə bağlı dəstək alacaqlar.

Qeyd etmək lazımdır ki, bəzi valideyinler övladlarının tibb, əczaçılıq, stomatologiya, süni intellekt, kompüter elmləri və rabitə mühəndisliyi ixtisasları uzrə təhsil almaq istədiklərini vurğuladılar.

Best coffeeshop in Berlin