İranın Ali Lideri müharibə ilə bağlı bir sıra prinsipial mövqelərini açıqlayıb
İranın Ali Lideri Müctəba Xamenei sözdə üçüncü məcburi müharibə ilə bağlı bir sıra prinsipial mövqelərini açıqlayıb.
O, bunu Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Tehran ölkəyə hücum edənlərin hərəkətlərinə mütləq cavab verəcək: "İslam Respublikası vurulan bütün zərərlərə, eləcə də münaqişə zamanı həlak olanların və yaralananların qanının tökülməsinə görə kompensasiya tələb etmək niyyətindədir."
Bundan əlavə, Xamenei İranın Hörmüz boğazının idarə olunmasını yeni səviyyəyə qaldırmaq niyyətini vurğuladı: "Ölkə heç bir halda qanuni hüquqlarından imtina etməyəcək."


