Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Turan" da finala yüksəlib

Aprelin 13-də qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələnin daha bir cavab oyunu kecirilib. Sohbət Tovuzdakı Olimpiya İdman Kompleksində daş tutan "Turan" - "Gəncə" matçından gedir.

AVF-dən verilən məlumata görə, aprelin 8-də keçirilən ilk oyunda olduğu kimi (0:3), cavab matçında da "Turan" qalıb gəlib - 3:0 (25:18, 25:18, 25:18). Bu qələbə sayəsində "Turan" da çempionatın finalına yüksəlib və digər yarımfinalda "Milli Aviasiya Akademiyası" klubunu "qızıl" setdə məqlub edərək finala çıxan "DH Volley" klubuna rəqib olub.

Xatırladaq ki, final oyunu və eləcə də üçüncü yer uğrunda oyun aprelin 19-da Bakı Voleybol Mərkəzində keçiriləcək. Əvvəlcə bürünc medal uğrunda "MAA" - "Gəncə" oyunu, ardından isə "Turan" - "DH Volley" final matçı baş tutacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin