Tramp onu İsa Məsih kimi təsvir edən süni intellekt şəklini silib
ABŞ Prezidenti Donald Tramp özünü İsa Məsih kimi təsvir edən süni intellekt (Sİ) tərəfindən yaradılan şəkli silib.
"The Guardian" qəzeti 12 apreldə "Truth Social" sosial şəbəkəsi tərəfindən dərc olunmuş şəkli diqqətə çatdırıb. Şəkildə Trampın bir kişinin xəstəxana çarpayısının üzərində dayandığı, ətrafda bir əsgər, bir tibb bacısı və bir qadının dua etdiyi təsvir olunub. Trampın ovuclarından işıq saçır və o, onlardan birini xəstənin alnına qoyur.
Yazı ABŞ prezidentinin tərəfdarları da daxil olmaqla xristianlar tərəfindən tənqid olunub. Tramp daha sonra tənqidlərə səbəb olan şəkli özü paylaşdığını təsdiqləyib. Lakin Ağ Ev rəhbərinin sözlərinə görə, o, özünü Məsih kimi deyil, Qırmızı Xaç həkimi kimi təsvir etdiyini düşünürdü.
"Yalnız saxta xəbərlər bu təfsiri yarada bilərdi. Mən bu barədə yeni eşitdim və dedim ki, 'Bunu necə uydurublar?'" "İnsanların sağalmasına kömək edən həkim qiyafəsində mən olmalı idim", Tramp deyib.


