Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş Mədəni -Sağlamlıq Festivalı keçirildi (FOTO=76)

AZpress.AZ xəbər verir ki, Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri cənab Houssam Eldine Redanın himayəsi altında Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində 7 aprel Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş Mədəni-Sağlamlıq Festivalı keçirildi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə təşkil edilən, “Sağlamlıq naminə birlikdə” şüarı altında keçirilən tədbirin əsas məqsədi sağlamlıq sahəsində maarifləndirməni artırmaq, prioritet sağlamlıq məsələlərinə diqqət çəkmək və ictimai sağlamlığın yaxşılaşdırılması üçün müxtəlib sağlamlıq problemləri haqqında məlumatlılığı artırmaq idi.

Tədbirin açılışını edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Prof. Dr. Tarek Aboul Fotouh sağlam həyatın müxtəlif mədəniyyətlərarası dialoq və əməkdaşlıq üçün vacibliyini qeyd etdi.

İctimai Səhiyyə və İslahatlar Mərkəzininin direktor müavini Dr. Qəhraman Haqverdiyev ictimai sağlamlıq və bunun üçün tətbiq olunan strateji yanaşma haqqında çıxış etdi.

Daha sonra çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzininin İctimai sağlamlıq şöbəsinin müdiri Dr. Tofiq Musayev və mərkəzin Baş hüquqşünası Rüstəm Məmmədov sağlamlığın qorunmasına yönəlmiş tədbirlər və müasir tibbdə elmin əsas rolundan bəhs etdilər. Uni Kids Club-ın şagirdləri tərəfindən qonaqlara teatr, qədim Misir dövrünə aid və Azərbaycan milli rəqsləri, müxtəlif musiqi ifaları və rəqsləri eləcə də sağlamlıq haqqında rəsm əsərləri nümayiş olundu.

Sonda Uni Kids Club-ın rəhbəri Yeganə Kələntərli tədbirin hazırlanması və üşaqların məşqləri barədə ətraflı məlumat verdi.

Best coffeeshop in Berlin