Tennisçinin "Baku-Open 2026" turniri başlayıb
Aprelin 4-də "Şüa" İdman Kompleksində stolüstü tennis üzrə "Baku Open-2026" beynəlxalq turnirə start verilib. ASTF-dən verilən məlumata görə, paytaxt Bakının 2026-ci il üçün "Dünyanın idman Paytaxtı" seçilməsi və eləcə də Beynəlxalq Stolustu Tennis Federasiyasının 100 illiyinə həsr olunan bu turnirdə əsasən həvəskar və veteran tennisçilər mübarizə aparırlar. Peşəkar tenniscilər yalnız qoşa yarışlarda (cütün biri həvəskar olmaqla) iştirak edəcəklər. Mükafat fondu 3000 AZN təşkil edən turnir 4-5 aprel və 11-12 aprel günlərində keçiriləcək.
İNTİQAM Məmmədov


