Cennaro Qattuzo İtaliya millisindən istefa verib
İtaliyanın futbol üzrə milli komandasının baş məşqçisi Cannaro Qattuzo tutduğu postdan istefa verib. Bu məlumati İtaliya Futbol Federasiyasının mətbuat xidməti yayıb. Qattozonun istefasının səbəbi isə "Skuadra Adzurra"nin DÇ-2026-nin final mərhələsinə vəsiqə qazana bilməməsidir. Xatırladaq ki, İtaliya millisi mundialin Avropa üzrə pley-off mərhələsinin finalında Bosniya və Herseqovina yiqmasina (1:1 əsas hissə, 1:4 penaltilər seriyasi) uduzub. Qeyd edək ki, son dəfə 2014-cu ildə mundialın final mərhələsində iştirak edən İtaliya millisi dalbadal üçüncü dəfə mundialdan kənarda qalıb.
Xatırladaq ki, Qattuzo milliyə 2025-in yayında gəlib. Bu müddət ərzində komada keçirdiyi 8 oyunun 6-da udub, 2-də uduzub. Yeri gəlmişkən, Qattuzo İtaliya millisindən öncə Xorvatiyanın"Xayduk", dalınca Fransanın "Marsel", daha sonra "Valensiya", "Napoli", "Milan", "Poxu", "Palermo" (hamısı İtaliya), OFİ (Yunanıstan) və İsveçrənin "Syon" klubunu çalışdırıb.
İNTİQAM Məmmədov


