Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın!

Roma Papası XIV Leo İsrail prezidenti İsaak Herzoqla telefon danışığı aparıb və Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün bütün mümkün diplomatik dialoq kanallarının açılmasına çağırıb.

AZpress.AZ xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidməti məlumat yayıb və söhbətin Pasxa bayramı günlərində baş tutduğunu açıqlayıb.

"Söhbət zamanı Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması məqsədilə davam edən münaqişəyə son qoymaq üçün bütün mümkün diplomatik dialoq kanallarının yenidən açılması zərurəti bir daha vurğulanıb. Söhbət mülki şəxslərin qorunmasının, beynəlxalq və humanitar hüquqa hörmətin təşviq edilməsinin vacibliyinə yönəlib", - deyə açıqlamada bildirilib.

Best coffeeshop in Berlin