Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsi aldı

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı, Quliyeva Leyla Araz qızı Çin Xalq Respublikasının Wuhan şəhərində yerləşən Huazhong University of Science and Technology (HUST) universitetinin Dövlət İdarəçiliyi fakültəsi üzrə doktorantura təhsilini uğurla başa vuraraq məzun olmuş və idarəetmə ixtisası üzrə (e-government istiqaməti) fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülmüşdür.

AZpress.AZ xəbər verir ki, Leyla Quliyeva Binəqədi RİH başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələlər sektorunun əməkdaşıdır, dövlət qulluqçusudur.

Quliyeva Leyla Araz qızının əldə etdiyi bu mühüm elmi nailiyyət ölkəmizin dövlət idarəçiliyi sahəsində insan kapitalının inkişafına töhfə olmaqla yanaşı, gənc tədqiqatçılar üçün də nümunəvi uğur kimi qiymətləndirilir.

Best coffeeshop in Berlin