Avropada növbəti futbol həyacanı
Bu gün planetin Köhnə Qitəsi adlanan Avropada növbəti futbol həyacanı yaşanacaq. Söhbət 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa qitəsi üzrə pley-off mərhələnin ilk oyunlarından gedir. Bu gün Köhnə Qitədə dörd müxtəlif qrupda (A, B, C və D) ilk oyunlar baş tutacaq.
Azərbaycanlı futbol həvəskarları üçün ən maraqlı oyun Türkiyədə yerli ay-ulduzlu komanda ilə Rumıniya arasında olacaq. Oyun Bakı axti ilə saat 21:00-da başlanacaq. Türkiyə millisinin yer aldığı C qrupunda daha bir oyunda isə Slovakiya ilə Kosovo qarşılaşacaq. Bu cütlərin qalibləri martın 30-da üzləşəcək. Həmin oyunun qalibi isə mundialın finalına bilet almış olacaq.
Digər qruplara gəlincə:
A qrupunda:
İtaliya - Şimali İrlandiya;
Uels - Bosniya və Herseqovina;
B qrupunda:
Ukrayna - İsveç;
Polşa - Albaniya;
D qrupunda:
Danimarka - Şimali Makedoniya;
Çexiya - İrlandiya.
Hər qrupda cütlərin qalibləri martın 30-da bir-biri ilə üzləşəcəklər. Sonda hər qrupun qalibi (cəmi 4 komanda) mundialın final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd: Mundialın final mərhələsi iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İlk dəfə olaraq, mundialda 48 komanda mübarizə aparacaq.
İNTİQAM Məmmədov


