Türkiyə Bağdaddan qoşunlarını çıxardı
İraqın Bağdad şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti uğurla təxliyə edilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İraqdakı missiyanın təxliyəsi qərarı NATO nümayəndələri tərəfindən Yaxın Şərqdəki mövcud vəziyyət nəzərə alınmaqla verilib.


