AÇ-yə gedəcək təxmini heyət açıqlanıb
16-19 aprel günlərində Gürcüstanın paytaxtı Tbilisidə böyüklər (kişi və qadınlar) arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.
ACF-dən verilən məlumata görə, ölkəmiz qitə çempionatında 15 (9 kişi və 6 qadın) cüdoçu ilə təmsil olunacaq. Artıq məşqçilər korpusu Avropa çempionatına gedəcək təxmini heyəti açıqlayıb:
Kişilər:
Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tckayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətəliyev (90 kq), Zelim Kotsayev (100 kq) və Kənan Nəsibov (+100 kq).
Qadınlar:
Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Südabə Aqayeva (70 kq) və Madina Kaisinova (+78 kq).
İNTİQAM Məmmədov


