Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan cüdo yığması Tbilisi Dəbilqəsinni 2 medalla bitirib

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli "Böyük Dəbilqə" turniri başa çatıb.Dunya Cüdo Seriyasından olan və üç  gün davam edən turnirdə Azərbaycan da daxil olmaqla 404 (249 kişi, 155 qadın) cüdoçu tatami üzərinə çıxaraq medallar uğrunda mübarizə aparıb. Turnirdə 11 cüdoçu (6 kişi və  5 qadın) ilə 7 çəki  dərəcəsində iştirak edən yığmamız biri gümüş, digəri bürünc əyarlı olmaqla iki medal qazanıb. Gümüş medal yalnız həlledici finalda büdrəyən Turan Bayramovun (66 kq), bürünc isə Olimpiya çempionumuz Hidayət Heydərovun (73 kq) aktivinə yazılıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin