Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan boksçuları Macarıstanda keçirilən turnirdə medal qazanıblar

Azərbaycan milli boks komandası Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edərək iki gümüş və iki bürünc medal qazanıb.

Azərbaycan Boks Federasiyasının verdiyi məlumata görə, yarışda 19 ölkədən idmançılar iştirak edib. Gümüş medalları Amin Məmmədzadə (55 kq-a qədər) və Həsən Osmanlı (80 kq-a qədər) qazanıb. Bürünc medalçılar arasında Nəbi İskəndərova (70 kq-a qədər) və Zeynəb Rəhimova (54 kq-a qədər) olub.

Best coffeeshop in Berlin