Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İlk baharda

 

Ana təbiət bənzər 
Nağıla ilk baharda.
Elə bil ki, təzədən 
Doğular ilk baharda.

 

Şəfəqlər tac yerinə,
Qızılı saç yerinə,
Dağın çiyinlərinə 
Dağılar ilk baharda.

 

Yağış damlarda dinər,
Göydən salam tək enər.
Yamacda külək dönər 
Sığala ilk baharda...

 

Akif VAQİFOĞLU,
21.03.2026


 

Best coffeeshop in Berlin