Gül Rüstəmli - XəyaliGül:
KAŞ...
Kaş həsrətin gözü ola,
Ağlaya zülüm-zülüm.
Yetər matəm saxladığım,
Qayıt gəl, biraz ,Gülüm.
Kaş ayrılıq kor olaydı,
Tapmayaydı izimizi.
Bizi-bizdən alan yollar,
Qaytaraydı sevgimizi.
Gecə qara yaylıq salıb,
Çiynimin üstə dayanır.
Qarlı qışın ortasında ,
Ciyərim günəştək yanır.
Kaş səhərlər adın ilə,
Açılaydı lal sözlərim.
Sənsiz doğan günəşlərdən
Yorulub yorğun gözlərim.
Kaş həsrətin gözü ola,
Bir də baxa bu halıma.
Görə necə sönüb günəş,
Dönməyə səntək zalıma.
3.03.2026
22:00


