İdman gimnastikası üzrə FIG Dünya Kubokunda ikinci yarış günü yekunlaşıb +FOTOLAR
30-dan artıq ölkənin qatıldığı turnir 4 gün ərzində Milli Gimnastika Arenasında davam edəcək.
AZpress.AZ xəbər verir ki, yarışda Azərbaycanı kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edir.
Turnirin ilk iki günü təsnifat mərhələsinə həsr olunub, son iki gündə isə final çıxışları keçiriləcək. İkinci günün nəticələrinə əsasən Aydın Əlizadə final mərhələsinə yüksəlməyi bacarıb.
Qeyd edək ki, final mərhələsində ölkəmizi Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə təmsil edəcək.
Yarışın ilk final mərhələsi isə sabah baş tutacaq.
Fotolar: Mahir Əhmədov


