Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 “QIŞ NAĞILI” adlı yaradıcılıq sərgiləri baş tutdu +FOTO=24

TƏBİƏTLƏ TƏMASDA OL , ƏSRARƏNGİZLİYİ TƏSVİR ET!  şüarı altında böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngliyinini göstərmək və mühafizəsinə həvəsləndirmək məqsədi ilə 8-21 yaş arası uşaq, yeniyetmə və gənclər arasında elan olunmuş  “QIŞ NAĞILI” adlı yaradıcılıq sərgiləri 3,4,5 mart tarixlərində hər gün saat 12:00 və saat 16:00-da olmaqla 6 bölümlə baş tutdu.
Sərgiyə  ölkəmizin müxtəlif guşələrindən 1000-dən çox müraciət daxil olmuş, iştirakçılar qış gecələri səhnələri , qarın yartığı ruhiyyə, qarlı səhnələr, əhatəmdəki qış mənzərəsi, təbiətin qış yuxusu, xəyalımdakı qış mənzərəsi kimi tövsiyyə olunan mövzularda 1500-dən çox qış təsvirli  peyzajlar təqdim etmişlər.Təqdim olunan əsərlər arasından seçilmiş  əsərlər və müəlliflər:https://online.fliphtml5.com/udgyq/uplk/
Nəzərinizə çatdıraq  ki , tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı,  Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai  Uşaq Sənəti Qalereyası  və Xətai Sənət Mərkəzidir/
Tədbirin dəstəkçilər isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-i, Xətai rayon İcra Hakimiyyəti və Naxçıvan  Muxtar Rəssamlar Birliyidir.
Sərgilərdən  seçilən 34 əsərin müəllifinə hədiyyə təqdim  olundu  və  həmin əsərlər Xətai Uşaq Sənəti Qalereyasında sərgilənmək və hansısa mədəni tədbirdə istifadə olunmaq üçün qalereyanın kolleksiyasına daxil edildi.
Sərgiyə həmçinin, bir qrup Eston məkləblisidə əsər təqdim etmişdir,onlarda sərgidə iştirakına görə isertifikat təqdim olundu.
Yaxın günlərdə TƏBİƏTLƏ TƏMASDA OL , ƏSRARƏNGİZLİYİ TƏSVİR ET!   şüarı altında növbəti  fəsilə uyğun sərgi elan olunacaq.
Tədbirin gənc nəslin təbiətə baxışına xidmət edəcəyinə inanırıq!

Fotolar: Elnarə Əhmədova

Best coffeeshop in Berlin