Boksçumuz Bilalhəbaşi Nəzərov "Strandja"nı 2 medalla başa vurub
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə keçirilən və Azərbaycan boksçularınin da iştirak etdiyi ənənəvi "Strandja" beynəlxalq turnirnə martın 1-də baş tutan həlledici final döyüşləri ilə yekun vurulub. Final döyüşlərinin birində Azərbaycan yığmasının üzvü Bilalhəbaşi Nəzərov (50 kq) qazaxıstanlı Daniyal Sabitlə qarşılaşıb. Təəssüflər olsun döyüş rəqibin qələbəsi ilə bitib və nəticədə boksçumuz ikinci yeri tutmaqla gümüş medalla kifayətlənib.
Bundan bir gün qabaq isə 65 kq çəkidə rinqə çıxan Malik Həsənov yarımfinalda büdrəyərək üçüncü yeri tutub.
Beləliklə, Azərbaycan komandası "Strandja" kubokunu 2 (0-1-1) medalla başa vurub.
İNTİQAM Məmmədov


