“Bir gecənin yaddaşı” adlı ədəbi -bədii tədbir keçirildi
24 fevral 2026-cı il tarixində Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Bir gecənin yaddaşı” adlı ədəbi -bədii tədbir keçirildi. Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edildi.
Tədbir Azərbaycan İstiqlal Muzeyi və 2 nömrəli Uşaq və Gənclərin İnkişaf Mərkəzinin “ Bədii qiraət” dərnəyinin birgə təşkilatçılığı ilə baş tutdu. Proqramın çərçivəsində “Bədii qiraət” dətnəyinin üzvləri tərəfindən Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii, rəqs və səhnəciklərdən ibarət kompozisiyaları təqdim olundu.
Təqdim olunan canlı nömrələr qonaqlar tərəfindən böyük diqqət və həssasliqla qarşılandı. Bədii hissədən sonra qonaqlar dərnəyin üzvləri tərəfindən təşkil edilən Xocalının 34-cü ildönümünə həsr olunmuş sərgiyə baxdilar.
Tədbirin əsas məqsədi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq, milli yaddaşın qorunmasına və vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə vermək idi.
Tədbirdə 229 nömrəli tam orta məktəbin şagirdləri və “Böyük Qayıdış” İctimai Birliyinin könüllüləri iştirak etdilər. Proqram çərçivəsində Xocalı faciəsinə həsr olunmuş çıxışlar, ədəbi-bədii kompozisiyalar və xatirə təqdimatları nümayiş olundu.
“Bir gecənin yaddaşı” tədbiri gənclərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi və tariximizin unudulmaması baxımından mühüm əhəmiyyət daşıdı.


