Güləşçimiz Ramiz Həsənov Rusiya turnirində bürünc medal qazanıb
Rusiyanın Xanti-Mansiyski şəhərində sərbəst güləş üzrə keçirilən ənənəvi "Vladimir Semyonov Kuboku-2026" beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 14 ölkənin təmsil olunduğu turnirdə həmyerlimiz Ramiz Həsənov da iştirak edib. 79 kq çəki dərəcəsində çıxış edən Ramiz çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb.
İNTİQAM Məmmədov


