Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yusif Nəzərli: 

Millətə, dövlətə xidmət etmək yalnız peşə deyil, həm də xarakter məsələsidir

15 fevral onun günüdür- Akif Aşırlının. Bəri başdan təbrik edirik, uzun ömür arzulayırıq.

Bunu deməsək də olmaz. Həyat elə bir imtahandır ki, hər kəsə söz demək, mövqe göstərmək, yol seçmək qismət olur , amma seçdiyi yoldan dönməmək, yorulmadan, tərəddüd etmədən amalına sədaqətlə davam etmək hər oğulun işi olmur. Millətə, dövlətə, türkçülük məfkurəsinə xidmət etmək yalnız peşə deyil, həm də bir inanc və xarakter məsələsidir. Akif bəy illərdir ki, bu inancı ləyaqətlə daşıyır.

“Şərq” qəzeti ailəsi olaraq onu ürəkdən təbrik edirik. Arzu edirik ki, ömrünün hər yeni ili daha böyük uğurlarla zəngin olsun. Ailəsi və doğmaları ilə birlikdə sağlam, huzurlu və işıqlı günlər yaşasın.

Var ol, Akif bəy! Yolun daim açıq, sözün daim kəsərli olsun.

* * *

Rafail Inceyurd Ismayilov

Azərbaycan mətbuatının və türkçülüyün ciddi siması...

 

Məlahət RZayeva

Təbrik edirəm, başqanımızı! Milli məfkurə Akif Aşırlı kimi şəxslərin çiynindədir hələ də. Yorulmayasınız, Akif Aşırlı Akif müəllim. Sizə azacıq da olsa dəstək verməyi Rəbbim nəsib etsin.

 

Gulaga Aga-Zade

Toyunun günləri, kənddəki yurdunuz kino lenti kimi gözümün qabağından gəlib keçdi. Şükür, iti baxışların və həyat aktivliyin heç dəyişməyib. Sağlam və aktiv həyata uğurla davam.

 

Əsgər İsmayılov

Əziz Akif müəllimi dünyaya gəlişi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayıram...

 

Zulfugar Kheyirkhabarov

Akif Aşırlı Azərbaycan mətbuatının dayaqlıarından biridir, mediada kifayət qədər yetirdiyi peşəkar jurnalistlər var. Təbrik edirəm, ustadı, Tanrı ona sağlıqlı uzun ömür versin!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin