Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ADMİU tələbələri Akademik Milli Dram Teatrının səhnəsində (FOTO=60)

Fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin ifasında V.Şekspirin “Hamlet” faciəsinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

AZpress.AZ xəbər verir ki, tədbirdə millət vəkilləri, digər ali təhsil ocaqlarının rəhbərləri, incəsənət xadimləri, tanınmış ictimaiyyət nümayəndələri, ADMİU-nun rəhbərliyi və professor-müəllim heyəti, jurnalistlər iştirak ediblər.

Tamaşadan öncə çıxış edən Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova tələbələrin yaradıcılıq işlərinin Milli Dram Teatrı kimi ölkənin böyük səhnələrində nümayişinin önəmindən danışıb. O qeyd edib ki, bu cür təcrübələr gənclərin hələ təhsil zamanından əsl aktyor və rejissor kimi yetişməsində mühüm rol oynayır. Universitet olaraq hər zaman bu cür təcrübələrə dəstək verildiyini nəzərə çatdıran rektor yaradılan şəraitə görə Akademik Milli Dram Teatrının rəhbərliyinə öz təşəkkürünü bildirib. 
Daha sonra "Hamlet" kriminal-dramı nümayiş olunub.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru kurs rəhbəri İradə Gözəlova, səhnə danışığı müəllimi Pərvanə Namazovadır.

Tamaşada rolları ADMİU SABAH qrupları Aktyor sənəti ixtisasının IV təhsil ili tələbələri Abdullayeva Heyran, Allahquliyev Rahib, Bayramova Xədicə, Əhmədov Rüfət, Fərzəliyev Murad, Gülmalıyev Məhəmməd, İbrahimli Atilla, Məmmədli Nigar, Quliyev Pünhan ifa ediblər. Musiqi tərtibatı tələbə Ərgün Camalzadəyə aiddir.
ADMİU SABAH Mərkəzinin rəhbəri Əməkdar artist Nofəl Vəliyevdir.

Fotolar: Rüstəm Fərman

* bu reportajda olan fotoları sifariş ermək üçün 
+99477 737 75 76 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20

+99450 331 11 11 

+99477 737 75 76

Best coffeeshop in Berlin