Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəhriyar Məmmədyarovla Aydın Süleymanlı yenə də heç-heçə oynayıb

Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva və Məhəmməd Muradlı finala yuksəlib 

"Landmark" Biznes Mərkəzində kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında bu gün yarımfinal mərhələnin cavab oyunları keçirilib. Oyunların üçündə qalıb aşkarlanıb və bununla da üç finalçı bəlli olub. Qadınlarda hər iki finalçı, kişilərdə isə yalnız biri müəyyənləşib. 

AŞF-dən verilən məlumata görə, Şəhriyar Məmmədyarovla (2727) Aydın Süleymanlı (2628) arasında keçirilən ikinci oyun da heç-heçə bitib. Cütün qalibi sabah baş tutacaq tay-brekdən sonra bəlli olacaq. 

Kişilərin digər yarımfinal matçında isə Məhəmməd Muradlı (2581) ilə Read Səmədov (2510) qarşılaşıb. İlk görüşdə olduğu kimi cavab görüşündə də qalib gələn Muradlı adını finala yazdırıb.

Qadınlara gəlincə, ilk oyunda Gülnar Məmmədova (2330) üzərində qalib gələn Avropa çempionu Ülviyyə Fətəliyeva (2434) cavab matçında heç-heçə oynamaqla 1,5:0,5 hesablı qələbə sayəsində 

finala yüksəlib. 

Digər yarımfinalda isə Türkan Məmmədyarovanı 2216) məğlub edən Ayan Allahverdiyeva (2196) iki oyunun ümumi nəticəsinə görə (1,5:0,5) qalib gələrək finala vəsiqə qazanıb.

Çempionata fevralın 22-də yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin