Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Gəncə" qadın voleybol klubu evdə "Gənclər"i üstələyib

Fevralın 17-də qadın voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında 13-cü turdan təxirə salınan oyun keçirilib. Həmin oyunda "Gəncə" qadın voleybol klubu Gəncə OİK-də "Gənclər" klubunu qəbul edib. Görüş ev sahibinin quru hesablı qələbəsi ilə başa çatıb - 3:0 (25:10, 25:10, 25:9).

Dünən  kişi voleybolçular arasında isə 14-cü tura start verilib. Xırdalandakı "Abşeron" OİK-də "Murov Az Terminal"la "Gəncə" qarşılaşıb. Oyun birincinin qələbəsi ilə bitib - 3;0 (25:16, 25:14, 25:14).

Bu gün isə 14-cü tur çərçivəsində kişilər arasında daha iki oyun keçiriləcək. FHN-in idman zalında "ORDU" - "AZERRAİL" (saat 16:00) və "Neftçi" - "Xilasedici" (saat 18:00) oyunu baş tutacaq.

Fevralın 19-da isə qadın voleybolçular 14-cü tura başlayacaqlar. Saat 16:00-da "ORDU" "AZERRAİL" ilə, saat 18:00-da isə "Neftçi" "Xilasedici" ilə qarşılaşacaq. Hər iki oyun AVF-nin idman zalında olacaq.

Ertəsi gün isə Tovuzdakı OİK-də ev sahibi "Turan"  "UNEC"-lə (saat 14:00), "Murov Az Terminal"in idman zalında isə eyniadlı klubla "Milli Aviasiya Akademiyası" üzləşəcək (saat 17:00).

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin