"Qarabağ" evdə İngiltərənin "Nyukasl" klubunu qəbul edir
Bu gün futbol üzrə UEFA Avropa Çempionlar Liqasınin pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 4 oyun keçiriləcək. Oyunlardan biri saat 21:45-də Bakıdakı Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq. Həmin oyunda Azərbaycan çempionu "Qarabağ" klubu İngiltərənin "Nyukasl" klubunu qəbul edəcək. Oyunu norveçli hakim Espen Eskos idarə edəcək.
Xatırladaq ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn çempionumuz sözügedən turnirin 8 turdan ibarət olan əsas mərhələsini 36 komanda arasında 10 xalla 21-ci pillədə başa vurmaqla pley-offa düşüb.
"Qarabağ" əsas mərhələdə aşağıdakı klublarla qarşılaşıb:
"Benfika" (3:2), "Kopenhagen" (2:0), "Atletik" (1:3), "Napoli" (0:2), "Çelsi" (2:2), "Ayaks" (2:4), "Ayntraxt" (3:2), "Liverpul" (0:6).
İNTİQAM Məmmədov


