Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Cim-Bom" "Qoca Sinyora"nı rəzil edib

Dünən futbol üzrə UEFA Çempionlar Liqasınin pley-off mərhələsində ilk oyunlara start verilib. Mərhələnin ilk qarşılaşması İstanbulda (Türkiyə) yerli "Qalatasaray"la İtaliyanın "Yuventus" klubu arasında baş tutub. Oyun olduqca dramatik məcrada keçib. Belə ki, "Cim-Bom" 15-ci dəqiqədə hesabı açsa da (1:0), bundan cəmi bir dəqiqə sonra İtaliyanın "Qoca Sinyora"si bərabərlik qolunu vurub - 1:1. Matçın 32-ci dəqiqəsində "Yuventus" ikinci qolunu vuraraq, hesabda irəli çıxıb - 1:2. Komandalar bu hesabla fasiləyə çıxıblar. Fasilədən dönən "sari-qirmizilar" qonaq komandanın qapısını sözün əsil mənasında top atəşinə tutaraq (49, 60, 75 və 86-ci dəqiqə), hesabı öz xeyrinə olmaqla 5:2-yə çatdırıb. Bununla da "Cim-Bom" doqma divalar arasında "Qoca Sinyora"ni rəzil edib. 

Yeri gəlmişkən, "Yuventus" 1958-ci ildən bəri ilk dəfə olaraq Avrokubokda öz qapısından 5 qol buraxıb.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Benfika" - "Real" - 0:1;

"Monako" - PSJ - 2:3;

"Borussiya" D - Atalanta - 2:0

Bu gün isə bu mərhələdə daha 4 oyun keçiriləcək:

"Qarabağ" - "Nyukasl" ;

"Brugge" - "Atletiko";

"Bude-Qlimt" - "Inter";

"Olimpiakos" - "Bayer".

Cavab oyunları 24-25 fevral aralığında baş tutacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin