UEFA Konfrans Liqasının pley-off oyununu Əliyar Ağayev idarə edəcək
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Finlandiya təmsilçisi "KuPS" və Polşa təmsilçisi "Lex Varşava" arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off oyununu idarə edəcək.
Oyun 19 fevralda Finlandiyada keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
38 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim Elçin Məsiyev təyin edilib. İngiltərəli Stüart Attvell video köməkçi hakim sisteminə, Nicat İsmayıllı isə VAR köməkçisi vəzifəsini icra edəcək.


