Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmmədyarov, Fətəliyeva və Allahverdiyeva çempionatın yarımfinalında

"Landmark" Biznes Mərkəzində kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı davam edir. Dünən çempionatda 1/4 final mərhələnin ilk iki partiyasına yekun vurulub. Reqlamentə uyğun olaraq, ilk iki partiyanin umumi nəticəsinə görə qalib gələn şahmatçılar adlarını çempionatın yarımfinalına yazdırıblar. Kişilərin yarısında Əhməd Əhmədzadəni 1,5:0,5 hesabla üstələyən Şəhriyar Məmmədyarov, qadınlar arasında isə Səbinə İbrahimovani 2:0 məğlub edən Avropa çempionu Ülviyyə Fətəliyeva, eləcə də Günay Məmmədzadə üzərində 2:0 hesablı qələbə qazanan Ayan Allahverdiyeva adını 1/2 finala yazdırıb.

İlk iki oyundan sonra bərabərə qalan şahmatçılar isə bu gün mübarizəni tay-brekdə davam edəcəklər.

Tay-brekdə aşağıdakı görüşlər keçiriləcək:

Rauf Məmmədov - Read Səmədov (ilk iki oyun 1:1), 

Eltac Səfərli - Məhəmməd Muradlı (1:1);

Nicat Abbasov - Aydın Süleymanlı (1:1);

Nərmin Abdinova - Türkan Məmmədyarova (1:1);

Gülnar Məmmədova - Xanım Balacayeva (1:1).

Tay-brekdə qalib gələn şahmatçılar 1/2 finala vəsiqə qazanacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin