Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

UEFA ötən il 5 milyard avrodan çox qazanc əldə edib

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ötən ilin maliyyə nəticələrini açıqlayaraq kişilərin klub yarışlarından rekord gəlir əldə etdiyini qeyd edib.

Bütün yarışlardan ümumi gəlir 5 milyard avronu keçib ki, bu da əvvəlki mövsümdən 737 milyon avro çoxdur.

"Kişilərin klub yarışlarından ümumi gəlir 2023/2024-cü il göstəriciləri ilə müqayisədə 690 milyon avro artaraq 4,4 milyard avroya yüksəlib. Bu artım yenidən investisiya qoyuluşunun artmasına səbəb olub və klublara maliyyə ödənişləri 3,4 milyard avroya çatıb ki, bu da əvvəlki mövsümdən 400 milyon avro çoxdur.

Həmçinin, ümumi yarış gəlirimizin 10%-ni həmrəylik ödənişlərinə ayırmaqla oyuna olan sadiqliyimizi bir daha təsdiqlədik. Bu məbləğin 308 milyon avrosu Avropa yarışlarında iştirak etməyən klublara ayrılıb ki, bu da əvvəlki illə müqayisədə 76% artımdır. Seçmə mərhələlərdə mübarizəni dayandıran klublara əlavə maliyyə ayrılıb. Əlavə 25 milyon avro UEFA Gənclər Liqası və qadın klub yarışlarını dəstəkləmək üçün istifadə olunur", - UEFA rəsmi saytında bildirib.

Best coffeeshop in Berlin