Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Elman Eldaroğlu: 

Səlim Babullaoğlu ismin altı halında...

(Dostluq şarjı)

SƏLİM öz adına layiq adamdır. Onun adı ərəb mənşəli olub, mənası "sağlam", "salamat", "qüsursuz", "doğru", "təhlükəsiz" və "etibarlı" deməkdir. Bu ad, əsasən sakit, dürüst, düşüncəli və ağlı başında olan xüsusiyyətləri təmsil edir...

SƏLİMİN daşıdığı adla tarixdə üç məşhur hökmdar olub- I Səlim, II Səlim və III Səlim...

SƏLİMƏ Allah xüsusi fərqlilik bəxş edib. Onun adına hətta "Səlimi təqvimi" də var. Bu təqvim tarixi mənbələrdə, xüsusilə Osmanlı dövründə Sultan I Səlimin (Yavuz) dövründə istifadə edilən və ya onunla əlaqələndirilən təqvim sistemidir və astronomik hesablamalarla bağlılığı olub...

SƏLİMİ sevməmək günahdır. Dədə-babalarımızdan miras qalan KİŞİLİK dəyərlərinin ağırlığını gələcəyə daşıyanlardandır...

SƏLİMDƏ xüsusi qüdrət var. Hündürlüyü 1 metr 70 santimetr, çəkisi 74 koloqram, eni 46 santimetr olsa da, hündürlüyü 8849 metr, çəkisi minlərlə tona bərabər, eni yüzlərlə kilometri əhatə edən Everest dağından da əzəmətli və nəhəngdir...

SƏLİMDƏN bədgüman olmaq Xeyirə qarşı çıxmaq, Şeytanın komandasında təmsil olunmaq deməkdir...

Hörmətlə, Elman Eldaroğlu

* * *

Кафар Яфаров

Yazının hər cümləsi ilə razıyam və bəyənirəm.

Səlim müəllim ləyaqətli insan, dəyərli dostdur.

Uzun və sağlam yaşa əziz dost.

Var olun Elman Eldaroğlu.

 

Беюкага Гасаноглу

Ad insanı gözəlləşdirmir insan adı gözəlləşdirir.

 

Vəli Əsmətov

Allah canınızı sağlam, ömrünüzü uzun, həyatınızı şirin eləsin Səlim müəllimin. Var ol Elman müəllim, təşəkkürlər.

 

Sedulla Wirinov

Səlim müəllim ilə şəxsi tanışlığım bir oldu. Onun yüksək insani keyfiyyətləri barədə eşitmişdim. Açığını deyim ki, bu dərəcədə ola biləcəyini təsəvvür etmirdim.

Kaş ki, belə şəxsiyyətlərimiz barmaqla sayılacaq qədər yox, saymaqla bitməz qədər çox olaydı. Allah onu qorusun.

 

Ayb Sumqayıt Bölməsi

Səlim müəllim sözün bütün mənalarında dəyərlidi,istər sözüylə,istərsə də insani keyfiyyətləriylə.Ciddi və ləyaqətli ADAMDI.

 

Firidun Agazade

Birinci abzasa görə onun haqqında ismin YEDDİNCİ halında yazmaq lazım idi... ))

 

Şəfəq Nasir

Səlim Babullaoğlu: bədii, poetik düşüncənin işıqlı siması... Yığcam, lakonik təsvirlə belə gözəl portret cızmaq da mükəmməlliyin nümunəsidir.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin