Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Faiq Balabəyli:

GECƏLƏR YUXUMA GİRƏN QAĞAYI

Mənim yuxularım qarışıq düşüb,

Narahat yatıram gecələr, anam.

Dəstədən ayrılıb, yaralı düşüb,

Qəlbimdə qağayı gecələr, anam.

 

 

Sıxır gecələrin havası məni,

Sabaha çıxmağa azalır inam.

Gecələr qağayı girir yuxuma,

keşiyini çəkib yatmıram, anam.

 

 

Ulduzlar yanına çağırır məni,

Dalğalar dövrəmdə "əl çalır" elə.

Duya bilməyirəm şririnliyini,

yuxular gözümdə alçalır elə.

 

 

Kəsilib gülüşü qağaylların,

Nə bilim, yazdığım yuxudu bəlkə?

Gecələr yuxuma gələn qağayı,

Ölən dənizçinin ruhudu bəlkə?...

* * *

Damət Salmanoğlu

Şair darıxıb deyəsən yenə.dənizin çılğın dalğalarını seyr edib,könül mülkündən şeirlər yazsın.

 

Vasif Süleyman

Yüz ildi sevdiklərimizdən ...

 

Muzeffer Mezahim

Çox sağ olun, Faiq müəllim, əla şeirdir.

 

Bahruz Nasirov

Çox qəşəng

Qeleminə quvvet bibi oğlu

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin