Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” tədbirlər çərçivəsində növbəti videoçarx hazırlandı. Videoçarx Azərbaycan yazıçısı, hərbi xadim, general-mayor İsmayıl bəy Qutqaşınlının 220 və Azərbaycan alimi, tarixçi və şərqşünas, Əməkdar elm xadimi  Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunub. 

AZpress.AZ xəbər verir ki, videoçarxda  bildirilir ki, İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir nəsr və hekayə janrını gətirən yazıçıdır.  Yaradıcılığının şah əsəri “Rəşid bəy və Səadət xanım” əsəridir. Yazıçı Qərbi Avropa dilində roman yazan ilk azərbaycanlı idi. O, “Miskin” təxəllüsü ilə şeirlər də yazmışdır. İ.Qutqaşınlı 1852-1861-ci illərdə Məkkəyə – Həcc Ziyarətinə getmişdir. Böyük ədib bu səyahəti ilə əlaqədar 1852-ci ildə “Səfərnamə” adlı yol qeydlərini yazmışdır.
Tarixçi-alim Sara Aşurbəyli 8 monoqrafiya və 100-dən çox elmi məqalə yazmışdır. Alimin “Bakı tarixi” kitabı dünyanın bir çox alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Videoçarxda qeyd olunur ki, Sara Aşurbəyli Gürcüstan Elmlər Akademiyasının Tarix İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir, sonra professor adını almışdır. Bildirilir ki, uşaqlıqdan sənətə böyük maraq göstərmiş, fortepianoda mükəmməl ifa etmişdir. Alimin ən sevdiyi bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Frederik Şopen olmuşdur. Bülbülün ifasını dinləməyi xüsusilə sevirdi.

Videoçarxda hər iki görkəmli şəxsiyyətin təltif və mükafatları, xatirələrinin əbədiləşdirilməsi haqqında məlumatlar izləyicilərə təqdim olunur.      

Videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib:

Best coffeeshop in Berlin
https://youtu.be/rOevH3tjR2E