Yeniyetmə və gənc karateçilərimiz AÇ-dən 6 medalla dönüblər
Ələddin Məlikov Avropa çempionu olub
Kiprin Limasol şəhərində yeniyetmə (U-18) və gənc (U-21) karateviler arasında keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Avropa çempionatı başa çatıb.
Azərbaycan Karate Federasiyasından (AKF) verilən məlumata görə, təmsilçilərimiz çempionatı 6 (1-1-4) medalla başa vurublar. Bu medallardan 5-i (1-1-3) 18 yaşlıların, 1-i isə 21 yaşlıların aktivinə yazılıb. Medallardan biri kata, qalanları isə kumite yarışında qazanılıb.
18 yaşlılardan Ələddin Məlikov (68 kq, kumite) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıb. Yalnız həlledici finalda büdrəyən Vüsal Qənbərov (55 kq, kumite) gümüş medala layiq görülüb. Çıxışını üçüncü yerdə bitirən Rəvan Abbasov (61 kq, kumite), Cansu Əhmədova (66 kq, kumite) və Salman Salmanov (kata) bürünc medalla kifayətlənib.
21 yaşlılardan isə yalnız Aslan Dostuyev (60 kq, kumite) üçüncü yeri tutmaqla bürünc medala layiq görülüb.
İNTİQAM Məmmədov


