Onur Quluzadə Tunisdə daha bir medal qazanıb
Tunisin eyniadlı paytaxtında stolüstü tennis üzrə keçirilən və Azərbaycan yığmasının üzvü Onur Quluzadənin də iştirak etdiyi "WTT Youth Stat Contender Tunis-2026" turnirinə fərdi yarışlarla yekun vurulub. Qoşa yarışlarda almaniyalı Vanq Lukasla birlikdə qızıl medal qazanan 15 yaşlı tenniscimiz fərdi yarışları isə ikinci yerdə başa vuraraq, gümüş medal qazanıb. O, finalda ispaniyalı Ladimir Mayorova uduzub.
Beləliklə, Onur Quluzadə yeni mövsümə iki medalla başlayıb.
İNTİQAM Məmmədov


