Yeniyetmə qızların ölkə birinciliyi başa çatıb
Gəncə Olimpiya İdman Sarayında "MyGroup" Holdingin baş sponsorluğu və "AzerGold" şirkətinin fəxri sponsorluğu ilə 15 (U-15) və 17 (U-17) yaşlı yeniyetmə qızlar arasında keçirilən güləş üzrə seçmə xarakterli Azərbaycan birinciliyi başa çatıb.
AGF-dən verilən məlumata görə, 15 yaşlılar arasında Ülviyyə Musayeva (33 kq), Günay Xasməmmədova (36 kq), Nərgiz Cəfərzadə (39 kq), Leyla Əsədova (42 kq), Mədinə Kərimova (46 kq), Günel Kərimli (50 kq), Zərifə Alızadə (58 kq), Aylin Həsənli (62 kq) və Fatimə Qayqiyeva (66 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq ölkə çempionu olub.
17 yaşlıların yarışında isə Gülxanım Sirinova (40 kq), Nuray Cəfərli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramovova (53 kq), Məryəm Əmrəli (57 kq), Suramirac Abbassoy (61 kq), Nuray Həsənli (65 kq) və Simurə Abdullayeva (69 kq) birinci yeri tutub.
Bu gün isə eyni məkanda U-17 oqlanlar arasında yunan-Roma və sərbəst güləş yarışlarına start veriləcək.
İNTİQAM Məmmədov


