Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Daha iki qadın güləşçimiz Zaqrebdə fiaskoya uğrayıb

Xorvatiyanın paytaxtı Zaqrebdə qadın güləşçilər arasında keçirilən ilin ilk reytinq xarakterli "Zaqreb Open-2026" beynəlxalq turnir davam edir. Turnirin ikinci günü daha 2 güləşçimiz mübarizəyə qatılıb. Təəssüflər olsun ki, hər iki təmsilçimiz fiaskoya uğrayıb. Cütlüyümuzdən Günay Qurbanova (59 kq) startda hindistanlı rəqibini 16:3 hesabla udsa da, yarımfinalda amerikalı idmançıya, bir xal belə qazanmaqdan uduzub - 0:11. Daha sonra isə, Günay Qurbanova üçüncü yer uğrunda görüşdə almaniyalı rəqibi ilə bacarmayıb - 0:7.

Cütün digər tayı olan Birgül Soltanova (68 kq) isə elə startdaca uduzaraq mübarizəni erkən dayandırıb. O, hindistanlı güləşçi ilə bacarmayıb - 1:8).

Xatırladaq ki, daha iki güləşçimiz turnirin start günü fiaskoya uğrayıb.

Turnirin üçüncü günü isə Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq) və Zəhra Kərimzadədən (72 kq) ibarət triomuz mübarizəyə qatılıb. Turnirə fevralın 8-də yekun vurulacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111