U-20-lərin ölkə birinciliyi başa çatıb
Fevralın 3-də Gəncə Olimpiya İdman Kompleksində 20 yaşlı (U-20) güləşçilər arasında yunan-Romaçıların çıxışı ilə starti verilən güləş üzrə Azərbaycan birinciliyinə fevralın 7-də sərbəst güləşçilərin daha 5 final görüşü ilə yekun vurulub. Maraqlıdır ki, ilk beş çəkidə olduğu kimi, son 5 çəki dərəcəsində də qaliblər hamısı "Neftçi" İC-nin üzvləri olub.
Son gündə qaliblər aşağıdakılardır:
61 kq: Camal Abbasov;
70 kq: Hacı Kərimov;
79 kq: Elcan İsmayılzadə;
92 kq: Hüseyn Məmmədtağızadə;
125 kq: Yusif Dursunov.
Sabahdan meydan 15 və 17 yaşlı (U-15 və U-17) qızların ixtiyarına veriləcək.
İNTİQAM Məmmədov


