Kardioloq ürək üçün təhlükəli qidaları müəyyən edib
Tərkibində heyvan yağları və xolesterol olan qidalar ürək və qan damarlarının sağlamlığı üçün təhlükəlidir.
Bunlara kərə yağı, pendir, qaymaq, xama və tam süd daxildir. İstisnasız olaraq, bütün növ kolbasa və vetçina da xolesterol baxımından həddindən artıq yüksəkdir. Bu cür qidalar böyüklər, xüsusən də yaşlılar üçün sağlam deyil, çünki onların orqanizmi qidadan əlavə xolesterola ehtiyac duymur.
Mütəxəssisin sözlərinə görə, yumurta da potensial təhlükə yarada bilər, çünki tək bir sarısı 300 mq-a qədər xolesterol ehtiva edir.


