Sərbəst güləş üzrə Azərbaycan çempionatının beş finalçısı müəyyənləşib
Gəncədə 20 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı davam edir. Yarışın dördüncü günündə sərbəst güləş üzrə daha beş çəki dərəcəsində finalçılar müəyyənləşib.
Finala vəsiqə qazananlar 61, 70, 79, 92 və 125 kq çəki dərəcələrində mübarizə aparıblar.
61 kq çəki dərəcəsində Camal Abbasov və Məhəmmədəli Əlizadə finalda üz-üzə gələcəklər.
70 kq çəki dərəcəsində Hacı Kərimov və Sadiq Hüseynov qızıl medal uğrunda mübarizə aparacaqlar.
79 kq çəki dərəcəsində Elcan İsmayılzadə və Əli Hacıyev finala vəsiqə qazanıblar.
92 kq çəki dərəcəsində həlledici döyüş Hüseyn Məmmədtağızadə və İsmayıl Əsədli arasında olacaq.
125 kq-a qədər super ağır çəki dərəcəsində Məhəmməd Qantemirov və Yusif Dursunov finalda qarşılaşacaqlar.


