Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Xilasedici" klubu "ORDU"nu məğlub edərək vahid lider olub

Kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 12-ci olan növbəti turun oyunları keçirilib. Turun mərkəzi oyunu bu görüşə qədər hərəyə 25 xal toplayan "Xilasedici" ilə "ORDU" arasında baş tutub. "ORDU" nominal ev sahibi olsa da görüş qonaq komandanin qələbəsi ilə başa çatıb - 0:3 (24:26, 17:25, 17:25).

Bu qələbədən sonra aktivindəki xalların sayını 28-ə çatdıran "Xilasedici" yarış cədvəlində vahid liderə çevrilib.

Turun digər oyunlarına gəlincə aşağıdakı nəticələr qeydə alınıb:

"Neftçi" - "Murov Az Terminal" - 3:0 (25:21, 25:22, 25:21);

"AZERRAİL" - "Gəncə" - 3:0 (25:15, 25:16, 25:13).

12 turdan sonra kişilərin yarışında turnir cədvəli aşağıdakı kimidir:

Best coffeeshop in Berlin