Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Hərbi Məhkəməsində davam edən məhkəmə prosesində Ermənistan vətəndaşları təqsirləndirilən şəxslərə qarşı hökmləri oxuyurlar.

Qeyd olunub ki, təqsirləndirilən Bako Saakyan ömürlük həbs cəzası ilə cəzalandırılan cinayətlər törətməkdə ittiham olunsa da və bu ittihamlar məhkəmə prosesi zamanı sübut olunsa da, məhkəmənin yekun qərarından, yəni hökmündən əvvəl 65 yaşına çatıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə uyğun olaraq ömürlük həbs cəzasına məhkum edilə bilməz.

Hökmə əsasən, təqsirləndirilən Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd etmək lazımdır ki, dövləti təmsil edən prokurorlar da 20 illik həbs cəzası təklif ediblər.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülhə və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarının və adətlərinin pozulması, eləcə də terrorizm, terrorizmin maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi, zorla saxlanılması və çoxsaylı digər cinayətlər törətməkdə ittiham olunan Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi hökmlərin elan edilməsi ilə davam edir.

Best coffeeshop in Berlin