"Barselona" və "Çelsi" "Qarabağ" haqqında paylaşım ediblər
"Barselona" və "Çelsi" rəsmi sosial media hesablarında UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri, o cümlədən Azərbaycanın "Qarabağ" futbol klubunu vurğulayan paylaşımlar yayımlayıblar.
"Potensial rəqiblərimiz" başlıqlı paylaşımlarda pley-off mərhələsində Avropa nəhəngləri ilə qarşılaşa biləcək komandalar sadalanıb. "Qarabağ" klubunun gerbi ilə birlikdə siyahıda yer alıb.
Xatırladaq ki, Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci yerdə başa vurub. "Qarabağ" pley-off mərhələsində "Nyukasl Yunayted" və ya PSJ ilə qarşılaşa bilər. Bu turun püşkatması yanvarın 30-da keçiriləcək.


